. : MƏTBUAT BÜLLETENİ

[26.09.08]
Senytabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiya Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və MSK tərəfindən qeydə alınmış Hafiz Ələmdar oğlu Hacıyevin vəkil edilmiş şəxsləri qeydiyyatı barədə qərar qəbul olunmuşdur.
Sonra Komissiya Azərbaycan Liberal Demokrat Partiyasının namizədi   Fuad Ağasi oğlu Əliyevin vəkil edilmiş  şəxslərinin qeydə alınması haqqında qərar çıxarmışdır. Mərkəzi Seçki Komissiyasının sədri iclas iştirakçılarına dairə seçki komissiyalarında qeydiyyatdan keçmiş müşahidəçilərin sayı barədə məlumat verərək bildirmişdir ki, ümumilikdə 25 023 nəfər şəxs müşahidəçi statusu almışdır. Həmin müşahidəçilərin 15 087 nəfəri siyasi partiyalar, 7626 nəfəri isə qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilmişlər. 2310 nəfər öz təşəbbüsü ilə müşahidəçi qismində qeydiyyatdan keçmişlər. Müşahidəçilərin qeydiyyatı prosesi davam edir. Seçki Məcəlləsinin tələbinə görə, Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalanadək,  seçki dairələrinin ərazisində müşahidənin aparılmasına dair ərizələr isə müvafiq dairə seçki komissiyalarına səsvermə gününə 5 gün qalanadək təqdim edilməlidir. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Milli Demokratiya İnstitutunun təmsilçiləri  və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmət


[23.09.08]
Senytabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 9 sentyabr, 11 sentyabr və 13 sentyabr 2008-ci il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov prezidentliyə namizədliyi qeydə alınmış Qüdrət Həsənquliyevin vəkil edilmiş şəxslərinin qeydiyyatına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin şəxslərin qeydə alınması barədə qərar çıxarmışdır. 
İclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi məsələsinə baxılmışdır. Mikayıl Rəhman oğlu Rəhimovun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilməsi barədə qərar qəbul olunmuşdur.
MSK 7 saylı Odrubad – Culfa və 16 saylı Yasamal ikinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri iclas iştirakçılarının nəzərinə çatdırmışdır ki, sentyabrın 24-ü, saat 10.00-dan etibarən Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılacaq. Bülletenlərin çapı və dairə seçki komissiyalarının sədrləri və katiblərinə təhvil verilməsi prosesi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında və MSK Katibliyinin məsul işçiləri tərəfindən həyata keçiriləcəkdir. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 4.903.600  ədəd seçki bülleteni çap olunacaqdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Beynəlxalq Respublikaçılar İnstitutunun təmsilçiləri  və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmət


[19.09.08]
Senytabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov Prezidentliyə namizədliyi qeydə alınmış  Fazil Mustafayevin vəkil edilmiş şəxslərinin qeydiyyatına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin şəxslərin qeydə alınması barədə qərar çıxarmışdır.  
Sonra Böyük Quruluş Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi məsələsinə baxılmışdır. MSK Məmmədov İbrahim Umud oğlunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səshüquqlu üzv təyin edilməsini qərara almışdır.
Komissiya “Azərbaycan Respublikasındakı seçkilərdə exit-poll keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
MSK 31 saylı Suraxanı ikinci seçki dairəsinin tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT-ni Bakı ofisinin, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Beynəlxalq Respublikaçılar İnstitutunun təmsilçiləri  və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmət


[17.09.08]
Sentyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiya sədri bildirmişdir ki, bu gündən etibarən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqatına start verilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsinin tələbinə görə, həmin namizədlərə İctimai Televiziya və Radio tərəfindən ödənişsiz əsaslarla efir vaxtı ayrılmalıdır. Seçki Məcəlləsinin 189.2-ci maddəsinin tələbinə əsasən, ödənişsiz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur.  Qanunda namizədlər üçün həftə ərzində ictimai televiziya və radioda azı 3 saat pulsuz efir vaxtının verilməsi nəzərdə tutulub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi ilə müzakirələr zamanı razılığa gəlinmişdir ki, televiziya və radionun hər birinin efirində 3 saat olmaqla həftə ərazində 6 saat vaxt ayrılsın. Dəyirmi masalar həftənin I, III, V günləri radioda, II, IV, VI günləri isə televiziyada efirə veriləcək. Dəyirmi masalarda hər namizəd üçün 8 dəqiqə 35 saniyə vaxt ayrılacaq.Sonra “Püşkatma komissiyası” İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirmişdir. Püşkatmanın nəticələri protokollaşdırılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nın Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT Bakı ofisinin, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Milli Demokratiya İnstitutunun təmsilçiləri  və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmət


[13.09.08]
Senytabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiya öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Qulamhüseyn Surxay oğlu Əlibəylinin və Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad  Ağası oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namzədliyinin qeydə alınması barədə  qərarlar çıxarmışdır.  Əli İsa Hacı oğlu Ağaevlinin namizədliyinin qeydə alınmasından isə imtina edilmişdir.
Müasir Müsavat Partiyası tərəfindən təyin edilmiş Faiq Nəsir oğlu Baxşəliyev Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilmişdir.
MSK katibi Natiq Məmmədov 2008-ci il 15 oktyabra təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsünün həyata keçirilməsi məqsədilə “Püşktama komissiyassı”nın yaradılmasına dair məslə barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti seçkilərində  İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında “Püşkatma komssiyası”nın yaradılmasını qərara almışdır. Həmin qərara görə, püşkatma vaxtı 17 sentyabr 2008-ci ildə saat 12.00-a təyin edilmiş və sözügedən efir xatının böılgüsünün təmin olunması “Püşkatma komissiyasına” həvalə edilmişdir. İclasda cari məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nun Seçki Müşahidə Missiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmət


[11.09.08]
Senytabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması məsələsi barədə məlumat vermişdir. Komissiya  həmin şəxsin namizədliyinin qeydə alınması barədə   qərar qəbul etmişdir. “Yaşıl siyasət” təşəbbüs qrupunun namizədi cənab Mayıs Gülalı oğlu Gülalıyevin namzədlyinin qeydə alınmasından isə imtina edilmişdir.
Mərkəzi Seçki Komissiyası 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nun Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT Bakı ofisinin, Böyük Britaniya səfirliyinin,  Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmət


[09.09.08]
Senytabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.Əvvəlcə Komissiyanın 30 avqust və 4 sentyabr 2008-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir. Sonra MSK-nın katibi Natiq Məmmədov Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş cənab Fazil Qəzənfər oğlu Mustafayevin və Müasir Müsavat tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması məsələsi barədə məlumat vermişdir. Komissiya hər iki şəxsin namizədliyinin qeydə alınması barədə   qərar qəbul etmişdir. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş cənab Əlimuxtar Dadaş oğlu Əkbərovun namzidəliyinin qeydə alınmasından isə imtina edilmişdir.Mərkəzi Seçki Komissiyası namizədliyi təsdiq edilmiş Süleyman Uğuz oğlu Quliyevin namzidəlik statusuna xitam vermişdir.Komissiya Yeni Azərbaycan Partiyası tərəfindən təqdim edilmiş 50 nəfərin həmin partiya tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namzədliyi irəli sürülmüş və Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış İlham Heydər oğlu Əliyevin vəkili kimi qeydə alınması barədə qərar çıxarmışdır. MSK 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülleteninin mətni və formasını təsdiq etmiş və qərara almışdır ki, cəmi 4.903.600 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.Mərkəzi Seçki Komissiyası 2005-ci il noyabrın 6-da keçirilmiş parlament seçkilərində 98 saylı Şəmkir şəhər seçki dairəsindən seçilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Kamal oğlu Əmiraslanovun Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam vermişdir.Komissiya bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərarlar qəbul etmişdir.İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT DTİHB-nun Seçki Müşahidə Missiyasının üzvləri, ATƏT Bakı ofisinin, Avropa Şurasının, Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidmət


[05.09.08]
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə əsasən, səsverrmə günü ən azı 40 gün qalmış saat 18.00-dək, yəni sentyabrın 5-i saat 18.00-dək Azərbaycan Respublikası prezidentliyinə irəli sürülmüş namziədlərin müdafiəsi üçün toplanmış seçici imzaları olan  imza vərəqələri və onlara əlavə edilməli olan sənədlərin Mərkəzi Seçki Komissiyasına  təqdim edilməsi müddəti bitmişdir. Göstərilən vaxta qədər namizədliyi təsdiq olunmuş 21 nəfər şəxsdən 10 nəfər sözügedən sənədləri Komissiyaya təqdim etmişdir. Həmin şəxslərdən 2-nin namizədliyi MSK tərəfindən qeydə alınmışıdır. Digərlərinin sənədlərinə qanunla müəyyən olunmuş qaydada baxılır və qeydə alınıb-alınmamaları barədə qanunauyğun müddətdə qərar qəbul ediləcəkdir.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[04.09.08]
Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov namizdəliyi özü tərəfindən irəli sürülmüş cənab İntiqam Çərkəz oğlu Məmmədovun Azərbaycan Respublikası Prezidentliyinə  namizədliyinin təsdiq olunması məsələsinə baxılması haqqında məlumat vermişdir. MSK həmin şəxsin namisədliyinin təsdiq olunması barədə qərar qəbul etmişdir.
Sonra Komissiya Azərbaycan Respublikası Prezidentliyinə namzədəliyi təsdiq edilmiş Teymur Pərviz oğlu Quliyevin və Fikrət Tağı oğlu Əhədovun  müraciətləri əsasında onların namizədliyinə xitam verilməsi barədə qərar çıxarmışdır.
İclasda Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət edən Mətbuat qrupunun yenidən təşkili məsələsinə də baxılmış və həmin qrupun yenidən təşkili haqqında qərar qəbul olunmuşdur.
MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri, ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının tərkibi, fəaliyyəti, qəbul etdiyi sənədlər, MSK Katiblıiyinin strukturu, aşağı seçki komissiyalarının tərkibi, ünvanları barədə məlumat əldə etmək istəyən şəxslər rəsmi internet səhifələrimizə müraciət edə bilərlər. Komissiyanın internet səhifələrində həmçinin seçici siyahıları ilə tanışlıq və adların vahid seçici siyahısında olub-olmamasının yoxlanması da mümkündür. MSK-nın internet ünvanı belədir: www.msk.gov.az; cec.gov.az; infocenter.gov.az

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[02.09.08]
Sentyabrın 2 –də Boris Frletsin rəhbərlik etdiyi ATƏT  Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşlər.  Qonaqları salamlayan MSK sədri bildirmişdir ki, Komissiya seçkilərin nəticələrinin qiymətlənidirlməsi baxımından müşahidəçilərin fəalıiyyətinə  xüsusi əhəmiyyət verir və  ATƏT DTİHB  Müşahidə Missiyasını Azərbaycanda görməkdən məmnunluq duyur.
Missiyanın rəhbəri Boris Frlets səmimi qəbula görə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, həm seçkiöncəsi vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar. O, MSK sədrinin 15 oktyabr Azərbaycan Respublikasında prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verməsini xahiş etmiş, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri və digər məsələlər barədə sullar vermişdir.
M. Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı Komissiyanın fəalıiyyəti, həyata keçridiyi tədbirlər barədə ətraflı məlumat vermiş, qonaqların suallarını cavablandlrmşdır.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti



Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası